Suraxanıda sex yandı

MYfdJZjxOz9sht5je6ITe8c9ORJily8CyiqV0Jss_1200

Bakı şəhərinin Suraxanı rayonunda yanğın olub.

Olkemedia xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ümumi sahəsi 1 500 kvadratmetr olan sexin içərisində 4 m kabel, 1 ədəd dəzgah və 30 kvadratmetr sahədə taxta yonqarı yanıb. Sex yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Yanğın hadisəsi

Suraxanı rayonu