Gəncədə iki avtomobil toqquşdu: Üç nəfər yaralandı

g07cCnP4O6PnKFA82CoptGTMkf1gyUg5jYrmK1Ka_1200

Gəncə şəhərində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər xəsarət alıb.

Olkemedia Oxu.Az -a istinadən xəbər verir ki, qəza şəhərin “aeroport yolu” adlanan ərazisində qeydə alınıb.

Hadisə zamanı iki minik avtomobili toqquşub. Nəticədə, Gəncə sakinləri – 1989-cu il təvəllüdlü Əzim Atakişiyev, 2004-cü il təvəllüdlü Natiq Əsgərov və Samux rayon sakini, 2001-ci il təvəllüdlü Vüqar Axundzadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onların vəziyyəti orta-ağır qiymətləndirilir.

Hadisə ilə bağlı araşdırma davam edir.

Yol-nəqliyyat hadisəsi

Gəncə şəhəri