Yevlaxda 4 yaşlı uşaq bədbəxt hadisə nəticəsində həyatını itirdi.

0Qzek1L6S44LTaSFfyWP3yWwqE174UEmwLeG2oRg_1200

Yevlaxda traktorun altında qalan 4 yaşlı uşaq həlak olub.

Olkemedia “Report”a istinadla xəbər verir ki, hadisə rayonun Səmədabad kəndində baş verib.

Məlumata görə, traktorun sükanı arxasında azyaşlının atası – 1991-ci il təvəllüdlü Y.Zeynalov olub.

Ehtimal olunur ki, traktor hərəkətdə olan zaman sürücünün azyaşlı övladı anidən yola çıxıb və hadisə qaçılmaz olub.

Faktla bağlı araşdırma aparılır.