Müəllimlər Günü ilə bağlı QADAĞA

Byqvt36GwsRyU8iVKhJm6I1tpa01buexF87cnS5R_1200

“5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə pul yığılması və sair bu kimi neqativ halların baş verməsi qəti şəkildə qadağan edilir”.

Olkemedia xəbər verir ki, bu xəbərdarlıq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yaydığı açıqlamada yer alır.

Qeyd olunur ki, Elm və Təhsil Nazirliyinin Kollegiyasının müvafiq Qərarı ilə “Təhsilverənlərin etik davranış Qaydaları” təsdiq edilib.

“Bu Qaydaların əsas məqsədi təhsil müəssisələrində işgüzar, sağlam emosional və psixoloji mühitin təmin edilməsinə, vətəndaşların təhsil müəssisələrinə və təhsilverənlərə etimadının artırılmasına, təhsilverənlərlə təhsil prosesinin digər iştirakçıları arasında münasibətlərin idarə olunmasına, təhsilverənlərin nüfuzunun yüksəldilməsinə, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılmasına və maraqların toqquşmasının qarşısının alınmasına nail olmaqdan ibarətdir.

Qeyd edilənləri nəzərə alaraq, 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə valideyn və şagirdlərin müəllimləri təbrik etməsi adı altında onlara hər hansı maddi və qeyri-maddi nemətlərin, qiymətli əşyaların hədiyyə edilməsi, bu məqsədlə pul yığılması və sair bu kimi neqativ halların baş verməsi qəti şəkildə qadağan edilir”, – açıqlamada deyilir.

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi

5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA)