Qardaşla bacını avtomobil vurdu

7Xw0t1SwJVUcnwPxOpHzquvpDahltkRyj3cvjWVb_1200

Gədəbəydə piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Olkemedia  APA-ya istinadən xəbər verir ki, hadisə Gədəbəy-Şəmkir yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Niva” markalı minik maşını yolu keçmək istəyən V.Qəhrəmanlını və onun bacısı G.Qəhrəmanlını vurub. Onlar dərhal xəstəxanaya yerləşdiriliblər, vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Piyadavurma

Yol-nəqliyyat hadisəsi

Gədəbəy rayonu