Londona uçan təyyarə Bakıda təcili eniş etdi

PGk3dw2glGfKd5QrGwXD3pd36tm3e61TpKWYiazZ_1200

“EVA Air” aviaşirkətinə məxsus və Banqkok-London marşrutu üzrə hərəkət edən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün sorğu göndərib.

Olkemedia xəbər verir ki, Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, buna səbəb göyərtədəki sərnişinlərdən birinin səhhətində yaranmış kəskin problem olub:

“Boeing 777 tipli təyyarə yerli vaxtla saat 17:44-da Bakı hava limanına uğurla eniş edib. Sərnişinə dərhal yerində tibbi yardım göstərilib. Hazırda zəruri tibbi qiymətləndirmə aparılır və sərnişinin vəziyyətinə nəzarət davam etdirilir”.

Heydər Əliyev Beynəlxalq Aeroportu (GYD)

London