“Qarabağ”ın oyununun məkanı dəyişdirildi

OQx9JCcUCzOit6oN3z6KD3xepnppFTtDiBOfk8HG_1200

Misli Premyer Liqasında yeddinci turun oyun cədvəli məlum olub.

Oxu.Az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Ölkəmizdə keçiriləcək MDB oyunları ilə əlaqədar olaraq birinci dövrənin “Kəpəz – Qarabağ” oyunu ilə üçüncü dövrənin “Qarabağ” – “Kəpəz” oyunlarının yeri dəyişdirilib.

Beləliklə, yeddinci turda “Qarabağ” “Kəpəz”lə matçı səfərdə deyil, öz meydanında keçirəcək.

Misli Premyer Liqası, 7-ci tur

3 oktyabr

“Zirə” – “Neftçi”

19:30, Zirə İdman Kompleksinin stadionu

“Araz-Naxçıvan”- “İmişli”

17:00, “Liv Bona Dea Arena”

4 oktyabr

“Qarabağ” – “Kəpəz”

17:00, “Azersun Arena”

“Sumqayıt” – “Turan Tovuz”

19:30, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

5 oktyabr

“Qəbələ” – “Şamaxı”

17:30, Qəbələ şəhər stadionu

“Karvan-Yevlax” – “Sabah”

15:00, Şamaxı şəhər stadionu

Neftçi PFK

Azərbaycan Premyer Liqası (Misli Premyer Liqası)

Sabah FK