Bakı-Qəbələ-Bakı sərnişin qatarının qrafiki dəyişir

82GbbgfUGlNg05DZmA5N2QtnCQRbPl0EBNeNib79_1200

Payız-qış mövsümü ilə əlaqədar olaraq Bakı-Qəbələ-Bakı sərnişin qatarının qrafiki yenilənir.

Olkemedia xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC məlumat yayıb.

Məlumata əsasən, 11 oktyabrdan etibarən qatar – Bakıdan-Qəbələyə yalnız həftənin şənbə günü, Qəbələdən-Bakıya isə yalnız həftənin bazar günü yola düşəcək.

Biletlər və hərəkət cədvəli haqqında məlumatı (www.ady.az) saytından, “ADY Mobile” tətbiqindən və 7/24 fəaliyyət göstərən “1822” Çağrı Mərkəzindən öyrənə bilərsiniz.

Azərbaycan Dəmir Yolları QSC (ADY)

Bakı-Qəbələ-Bakı