84 yaşlı qadını vurub öldürən avtobus sürücüsünə hökm oxundu

NH9xsyrDNfPRqgbLiqsTmW1pP9iVxIGZQBNdlZyr_1200

Bakıda 84 yaşlı qadının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsində təqsirləndirilən avtobus sürücüsünün işi üzrə məhkəmə prosesi başa çatıb.

Olkemedia Oxu.Az-a istinadən xəbər verir ki, Nizami Rayon Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə R.Sultanov üç il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə məntəqəsində çəkəcək.

İttihama görə, hadisə paytaxtın Nizami rayonu ərazisində, metronun “Qara Qarayev” stansiyasının qarşısındakı yolda baş verib. 1958-ci il təvəllüdlü R.Sultanov idarə etdiyi “Daewoo” markalı sərnişin avtobusu ilə yolu keçən paytaxt sakini, 84 yaşlı Yulduz Abduləzimzadəni vurub.

Nəticədə yaşlı qadın hadisə yerindəcə ölüb