Cəlilabadda yeniyetmənin qətli ilə bağlı cinayət işi başlanılıb

IVWB0veQIW4Dr56hyYJymqVxqWqX6CpT7uoZemc6_1200

Cəlilabadda məktəblinin qətlı yetirilməsi ilə bağlı cinayət işi açılıb.

Olkemedia xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, sentyabrın 16-da yetkinlik yaşına çatmayan N.M.-nin (şərti) təhsil aldığı tam orta ümumtəhsil məktəbində ölməsi faktı ilə bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır.

Faktla bağlı Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb və istintaq gedir.