DTX və DİN-dən Şuşada ƏMƏLİYYAT
Şuşada külli miqdarda silah-sursat aşkarlanıb.
Olkemedia xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) məlumat yayıb.
Bildirilib ki, DTX tərəfindən Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyi ilə birgə Azərbaycan Respublikasının Qarabağ ərazisində qanunsuz odlu silah və partlayıcı maddələrin saxlanıldığı gizli saxlanc yerlərinin axtarışı ilə bağlı görülmüş tədbirlər nəticəsində Şuşa rayonunun Kiçik Qaladərəsi kəndi ərazisində xeyli sayda silah-sursat aşkar edilərək götürülüb.
Göstərilən istiqamətdə əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Dövlət Təhlükəsizliyi Xidməti (DTX)
Qanunsuz saxlanılan odlu silah-sursat