Beyləqanda ağır qəza: Ölən var

vsHPhiAgGZACvY4718rGqxuCnXvu8H1VdVwZlbGp_1200

Sentyabrın 14-də gecə saatlarında Beyləqan rayonu ərazisində “Lexus” və BMW markalı avtomobillərin toqquşması ilə nəticələnən yol-nəqliyat hadisəsi baş verib.

Bu barədə Olkemedia-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan bildirilib.

Vurğulanıb ki, BMW markalı avtomobildə olan Rəşad Hacıyev həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Daxili İşlər Nazirliyi (DİN)

Yol-nəqliyyat hadisəsi