Qarabağ qazisi Ukraynada vəfat etdi

YB0oZxLbSVzUSc9f7kq0t8rsmzphQpazWX3kxBnF_1200

Birinci Qarabağ müharibəsi qazisi Ukraynanın Donetsk şəhərində vəfat edib.

Olkemedia Oxu.Az-a istinadən xəbər verir ki, Sahib Şəmistan oğlu İsmayılov ürək çatışmazlığından dünyasını dəyişib.

Onun nəşi Azərbaycana gətirilərək doğulduğu Tovuz rayonunun Yuxarı Mülkülü kəndində dəfn edilib.

Qeyd edək ki, Sahib İsmayılov Tovuzun əfsanəvi “Bozqurd” dəstəsinin döyüşçülərindən olub və “Dılım” ləqəbi ilə tanınıb.

Ölüm hadisəsi

Birinci Qarabağ müharibəsi

Ukrayna

Donetsk