Şəmkirdə təcili yardım maşınının qəzaya uğraması nəticəsində xəsarət alanların VƏZİYYƏTİ AÇIQLANIB

miAKI2QSgS7GKvVCPh4A9pwsl6M0Jbd10YObwjle_1200

Şəmkir rayonunda təcili tibbi yardım maşınının qəzaya uğraması nəticəsində xəsarət alanların vəziyyətləri açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-a verilən məlumatda bildirilir ki, 07.09.2025-ci il tarixində saat 01:00-da yol-nəqliyyat hadisəsi səbəbi ilə 3 nəfər (2-si kişi, 1-i qadın cinsli olmaqla) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:

“Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.

Xəsarət alanların birinə zəruri tibbi xidmətlər göstərilib və onlar ambulator müalicə üçün evə buraxılıblar”.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB)

Şəmkir rayonu