Apellyasiya şikayəti verən müəllimlər bu gün müsahibədən keçəcəklər

vfPuE8bRJ6h7tjlV3FCS5VjGO8juklXNhmZ5NRkz_1200

Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin apellyasiya şikayətləri qəbul olunmuş namizədləri bu gün onlayn müsahibə verəcəklər.

Olkemedia xəbər verir ki, bu barədə Təhsil İnstitutu nəzdində İnsan Resursları Mərkəzi məlumat yayıb.

Apellyasiya müsahibələri 8 sentyabr tarixində onlayn formatda “Microsoft Teams” platforması üzərindən təşkil olunacaq.

Qeyd edək ki, müsahibə linki 7 sentyabr tarixində namizədlərin şəxsi səhifələrində qeyd olunan elektron poçt ünvanlarına göndərilib.

İnsan Resursları Mərkəzi apellyasiya şikayətləri qəbul olunmuş namizədlərin sayını açıqlamayıb.

Müəllimlərin işə qəbulu (MİQ)