Masazırda mənzildə meyit tapıldı

649fcHH90qFZCVMpEqDAhq32gKbz3jUSov7dU7Eh_1200

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Abşeron rayonunun Masazır kəndində bir nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Olkemedia xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumatla əlaqədar nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində bir nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

köməksiz vəziyyət

Abşeron rayonu

Masazır kəndi

Fövqəladə Hallar Nazirliyi (FHN)