Avtomobil AŞDI: Sürücü öldü

7d1GnBjfdcdayW8vNxPT85I9ITf9KQ7sCO4t01mH_1200

Ağdaşda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Olkemedia Oxu.Az-a istinadən xəbər verir ki, hadisə bu gün saat 17 radələrində Bakı-Qazax magistral yolunun Ağdaş rayonu ərazisindən keçən hissəsində baş verib.

KIA markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb. Hadisə nəticəsində sürücü, 29 yaşlı Əhliman Mehdiyev aldığı xəsarətlərdən hadisə yerində ölüb, avtomobildə olan sərnişin isə xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Yol-nəqliyyat hadisəsi