Qazax və Tovuzda qəbiristanlıqları yandıranlar saxlanıldılar

ryov228FLa4Ji3l3HM1NVG2EEH90ZAFJVPVuN6RZ_1200

Qazax və Tovuz rayonlarında qəbiristanlıqlarda yanğına səbəb olan şəxslər saxlanılıblar.

Olkemedia xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib. Sentyabrın 1-2-də Qazax və Tovuz rayonlarındakı qəbiristanlıqlarda yanğın törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunublar.

24 yaşlı Qazax rayon sakini Məhəmmədəli İsmayılovun və 39 yaşlı Elsevər Umarovun ocaqla ehtiyatsız davranması nəticəsində sözügedən qəbiristanlıqlarda 8 sot və 0.3 ha ərazi yanıb.

Hər iki şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbir görülüb.

Yanğın hadisəsi

Qazax rayonu

Tovuz rayonu

Qəbiristanlıq