Gömrük nəzarətindən gizlədilən 10 qızıl külçə aşkar edilib

G19t8vqyrK5p2cecl2Um1ytX1DLNPHpBwo2fzQTI_1200

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi gömrük nəzarət tədbirləri nəticəsində qızıl külçələrin qanunsuz şəkildə gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb.

Olkemedia xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Belə ki, Dubay-Bakı aviareysi ilə gələn ölkə vətəndaşı şəxsi yoxlamaya cəlb olunub və onun üzərindən gömrük nəzarətindən gizlədilən ümumi çəkisi 712 qram olan 10 ədəd “Pamp” markalı qızıl külçə aşkar edilib.

Qaçaqmalçılıq

Qızıl qaçaqmalçılığı

Dövlət Gömrük Komitəsi (DGK)

Hava Nəqliyyatında Baş Gömrük İdarəsi