Ağcabədidə maye qazdoldurma məntəqəsində baş verən yanğında xəsarət alan şəxs ÖLDÜ

qEhKKCsAZPuNwkT7L3tiggTJdqbWlcGCqGEKuAiK_1200

Avqustun 21-i Ağcabədi rayonunda maye qazdoldurma məntəqəsində baş verən yanğında xəsarət alan şəxs vəfat edib.

Olkemedia xəbər verir ki, Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

“Avqustun 21-i saat 19:30-da bir nəfər (kişi cinsli) Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Müxtəlif növ yanıq xəsarətləri alan 1979-cu il təvəllüdlü şəxsə ilkin tibbi xidmətlər göstərildikdən sonra daha ixtisaslı tibbi xidmət üçün Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə təxliyə olunub.

Vəziyyəti ağır qiymətləndirilən şəxsə bədənin 85%-nin II-III dərəcəli termiki alov yanığı diaqnozu təyin olunub.

Aparılan bütün tibbi xidmətlərə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, 27.08.25-ci il tarixində saat 15:00-da ölüm faktı qeydə alınıb”, – məlumatda qeyd olunub.

Ölüm hadisəsi

Yanğın hadisəsi

Ağcabədi

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB)