YEVLAXDA OĞUL ATASINI BIÇAQLADI.

1573454033.bıçaqlanma

Olkemedia xəbər verir ki, hadisə rayonun Havarlı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 36 yaşlı Vüsal Talıbov ailə münaqişəsi zəmnində atası 66 yaşlı Hüsü Qara oğlu Talıbovu bıçaqlayıb. Zərərçəkən şəxs aldığı bıçaq xəsarətləri ilə xəstəxanaya gətirilib.

DİN-in Mətbuat xidmətinin regional qrupundan verilən məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən Vüsal Talıbov polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb. İbtidai istintaq aparılır.