“Sədərək” Ticarət Mərkəzindəki yanğınla bağlı CİNAYƏT İŞİ açılıb

kHFP77xkEoKetf44etDON1M6O21dbpN40wEHc92N_1200

“Sədərək” Ticarət Mərkəzində avqustun 24-25-də baş vermiş yanğın hadisəsi ilə bağlı cinayət işi başlanıb.

Olkemedia xəbər verir ki, Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Qeyd olunub ki, “Sədərək” Ticarət Mərkəzi tərəfindən icarəyə verilmiş obyektdə baş vermiş yanğınla əlaqədar FHN-in Əməliyyat-istintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, istintaq gedir.

Xatırladaq ki, yanğın zamanı 13 nəfər tüstüdən zəhərlənib.

Fövqəladə Hallar Nazirliyi (FHN)

Yanğın hadisəsi

Sədərək ticarət mərkəzində yanğın