Nəsiminin Suriyadakı məzarı Azərbaycana gətirilə bilər

AvLL0jt2ctC7A54DkIhMDw3BAvbT316jX5OHigdn_1200

Böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin Suriyadakı məzarı Azərbaycana gətirilə bilər.

Olkemedia APA-ya istinadla xəbər verir ki, Azərbaycan dövləti Nəsiminin məzarının ölkəyə köçürülməsində maraqlıdır.

Belə ki, artıq bu istiqamətdə Suriya tərəfi ilə ilkin təmaslar aparılıb, bu barədə Suriyaya məlumat verilib.

Qeyd edək ki, İmadəddin Nəsiminin məzarı Suriya Ərəb Respublikasının Hələb şəhərindədir. Neçə illərdir hərbi münaqişənin davam etdiyi şəhərdə Nəsiminin də məzarı dağıntılara məruz qalıb.

Xatırladaq ki, ulu öndər Heydər Əliyev hələ Azərbaycan KP MK-nın birinci katibi kimi 1970-ci ildə Suriya Ərəb Respublikasında səfərdə olarkən Nəsiminin məzarı səliqəyə salınıb və Heydər Əliyev məzarı ziyarət edib.

2019-cu ildə İmadəddin Nəsiminin 650 illik yubileyi Azərbaycan Respublikasında dövlət səviyyəsində geniş qeyd edilib.

İmadəddin Nəsimi

Suriya