İrandan Azərbaycana altı kiloqram narkotikin keçirilməsinin qarşısı alınıb

o9eEUzynREUE7hpODnkZjPd1v319jXZdRW1ucMcN_1200

İrandan Azərbaycana altı kiloqram narkotikin keçirilməsinin qarşısı alınıb.

Olkemediaxəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Bildirilib ki, avqustun 22-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədinin pozulması halının qarşısı alınıb.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində xidməti ərazidən ümumi çəkisi 6 kiloqram 95 qram marixuana, 150 ədəd “Gelopain-400”, 60 ədəd “Portal 0.4” və 60 ədəd “Sigomet” həbləri aşkar ollunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Dövlət Sərhəd Xidməti (DSX)

Narkotik vasitələrin qanunsuz dövriyyəsi

İran

Göytəpə sərhəd dəstəsi

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın