Azərbaycan güləşçisi erməni rəqibini məğlub edərək, dünya çempionu oldu

ePpv3MPKYqonVPxtmlXrG9nOqMfogxmKojogRwld_1200

Bolqarıstanın Samokov şəhərində güləş üzrə U-20 dünya çempionatı davam edir.

Olkemedia xəbər verir ki, mundialda bu gün yunan-Roma güləşçiləri arasında ilk medalçılar müəyyənləşib.

60 kq çəki dərəcəsində mübarizə aparan Ayxan Cavadov finalda ermənistanlı Yurik Mxitaryanla üz-üzə gəlib. 12:5 hesabı ilə qalib gələn idmançımız dünya çempionu olub.

Yığmamız bununla turnirdə ilk qızıl medalını qazanıb.