Nizami Tibb Mərkəzinin direktoru vəzifəsindən AZAD edilib

ni5gbywvYFgem2Ti2YnBXhVA8YbrY9We9qRZWgCf_1200

Nizami Tibb Mərkəzinin direktoru Eldar Abbasov vəzifəsindən azad edilib.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, Nizami Tibb Mərkəzinin direktoru Eldar Abbasov Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi) 4 dekabr 2025-ci il tarixindən tutduğu vəzifədən azad olunub.