Göygöldə qəzada ölən şəxs Kəlbəcərdə şirkətdə mühəndis vəzifəsində çalışırmış
Göygöl rayonunun Toğanalı kəndi ərazisində “Niva” markalı avtomobilin dərəyə aşması nəticəsində ölən Gəncə şəhər sakini 43 yaşlı Məhyəddin Kalpanov Kəlbəcər rayonunda tikinti şirkətlərindən birində mühəndis vəzifəsində çalışıb.
Olkemedia “Teleqraf”a istinadən xəbər verir ki, hadisə Məhyəddin Kalpanov Kəlbəcər rayonundan dönən zaman baş verib.
Xatırladaq ki, qəza zamanı sürücü Ağdam rayon sakini Şamxal Abbasov, Gəncə şəhər sakinləri 40 yaşlı Nəsimi Heydərov və Murad Nəhmətov müxtəlif dərəcəli bədən xəsarəti alıblar.
