İsmayıllıda dağda köməksiz vəziyyətdə qalan 3 nəfər xilas edilib

RWrrRxaaztv8duGAM8kEwEn5ELjRO9ZuMmSPt2G6_1200

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə İsmayıllı rayonu, Talıstan kəndi ərazisində yerləşən dağlıq, meşəlik ərazidə köməksiz vəziyyətdə qalan 3 nəfərin xilas olunması üçün müraciət daxil olub.

Olkemedia xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri əraziyə cəlb olunub.

Həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində vətəndaşlar dağdan düşürülüb və Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin həkim briqadasına təhvil veriliblər.

Fövqəladə Hallar Nazirliyi (FHN)

Yanğın hadisəsi

Dövlət Yanğından Mühafizə və Xü