Şəhid anası: “Evdə bütün əşyaları hərbiyə aid idi, toyuna hazırlaşırdıq”

PX392jP9PZ0KW1SDFJ39RPxsoaYA7KclKDZSh3ow_600

Baku TV antiterror əməliyyatı zamanı qəhrəmanlıq göstərərək şəhid olan Emin Abbaszadə haqqında reportaj hazırlayıb.

Şəhidin anası Nərminə Abbasova övladının həyat yolundan danışaraq, onun hərb sevgisi ilə böyüdüyünü vurğulayıb:

“Emin uşaqlıqdan hərbi geyimlər geyinirdi, ürəyi hərblə döyünürdü. Evdə bütün əşyaları hərbiyə aid idi. Toyuna hazırlaşırdıq. Mən dedim ki, hərbidən icazə al, toyunu edək. Amma o bildirdi ki, mümkün deyil, birinci növbədə, mənim Vətənim, əsgərim gəlir, getməliyəm, xidmətdə olmalıyam. Oktyabrın 8-də toyu olacaqdı, amma qismət olmadı”.

Daha ətraflı Baku TV-nin videomaterialında: