Kərəm Mustafayevin həyat yoldaşına yeni vəzifə verildi

8EfkRqTtyj8Gzl5i0Zq08eLZckRdmTsazGusaagr_1200

Sabiq müdafiə nazirinin müavini və Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-polkovnik Kərəm Mustafayevin həyat yoldaşına yeni vəzifə verilib.

Olkemedia Manşet.az-a istinadən xəbər verir ki, məşhur generalın həyat yoldaşı İlhamə Mustafayeva bir müddət əvvəl Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəylinin müvafiq əmri ilə Tibb Universitetinin Rezidentura şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, İ.Mustafayeva bu təyinatdan əvvəl Naxçıvan Dövlət Universiteti Tibb fakültəsində dekan vəzifəsində çalışıb, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin deputatı olub.

Azərbaycan Müdafiə Nazirliyi

Yeni vəzifə