İmişlidə 1000-ə yaxın abonentin qazı kəsiləcək

iAYYSqmq7joSLN4w28Xg1Yf1E6zYsBcMr6ihz4Up_1200

Sabah İmişli rayonunun dörd kəndində qaz təchizatı dayandırılacaq.

Olkemedia xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilir ki, diametri 200 mm-lik “Qaraqaşlı kənd” ortatəzyiqli daşıyıcı qaz kəməri və üzərindən ayrılan qollarında kipliyin sınağı aparılacaq.

Bu məqsədlə sentyabrın 19-da saat 10:00-dan etibarən sınaq işləri başa çatanadək İmişli rayonunun Xoşçobanlı, Murğuzallı, Mürsəlli və Qaraqaşlı kəndlərində (ümumi 912 abonent) qaz təchizatının dayandırılması planlaşdırılır.

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR)

Azəriqaz İstehsalat Birliyi

Qaz təchizatında fasilələr