Ötən il qeydə alınan insan alveri cinayətlərinin sayı AÇIQLANDI

GvqlWivTJHLdRPNyby73rcJ1RZqYjLlZCELeTbMZ_1200

2025-ci ildə 198 insan alveri cinayəti qeydə alınıb.

Olkemedia.az -ın məlumatına görə, sözügedən məsələ İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında əksini tapıb.

Bildirilib ki, həmin cinayətlərdən 152-si cinsi istismar, 45-i insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərə yol vermə faktları ilə bağlı olub.

İnsan alveri cinayətlərinin 57-si informasiya texnologiyalarının tətbiqi ilə törədilib.

Cinayətlərin 97 faizi açılıb, 6 nəfər ətrafında keçirilmiş əməliyyat tədbirləri ilə 2 cinayətkar qrup zərərsizləşdirilib.