Gəncədə iki nəfər BIÇAQLANDI

vKUeJC4c8IGJplgRDJP9z9859T9cwQ2nitbP9by0_1200

Gəncədə baş verən bıçaqlanma zamanı xəsarət alanların vəziyyəti açıqlanıb.

Olkemedia.az -ın sorğusuna cavab olaraq Gəncə Şəhər Birləşmiş Xəstəxanasından bildirilib ki, aprelin 6-da saat 04:20-də iki nəfər (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

“Onlara bud-çanaq nahiyəsinin açıq yarası və sağ döş qəfəsinin daxilə keçməyən kəsilmiş, deşilmiş yarası diaqnozları təyin olunub. Zəruri tibbi xidmətlər göstərildikdən sonra vəziyyətləri qənaətbəxş qiymətləndirilən pasiyentlər ambulator müalicə üçün evə buraxılıblar”, – deyə məlumatda vurğulanıb.