“Zəngilan şəhərciyi”ndə yeni inşa olunan YOL NİYƏ ÇÖKÜB?
Xırdalan-Masazır-Novxanı avtomobil yolunun Zəngilan rayonundan olan qaçqın və məcburi köçkünlərin məskunlaşdığı şəhərciyə gedən hissəsində yaranmış problemin aradan qaldırılması istiqamətində işlərə başlanılıb.
Abşeron Regional Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən Olkemedia.az -a verilən məlumata görə, qəza baş verəndən sonra idarənin əməkdaşları əraziyə cəlb ediliblər. Tullantı sularının kollektordan maneəsiz ötürülməsini təmin etmək məqsədilə nasos stansiyasında əlavə aqreqatlar quraşdırılıb.
Hazırda ərazidə təhlükəsizlik tədbirləri görülüb. Xüsusi texnikalar vasitəsilə kollektorun qəzalı hissəsinin dəyişdirilməsi üçün qazıntı işlərinə başlanılıb. İdarədən bildirilib ki, qəzanın nəticələrinin tam aradan qaldırılması üçün işlər sürətlə davam etdirilir.