“Karvan-Yevlax” 10 200 manat cərimələndi

qjYdcnr8LAoBw4tkwgxPronPjWZL2tvaw1VxygWC_600

AFFA-nın məlumatına görə, “Karvan-Yevlax” – “Kəpəz” qarşılaşmasında Yevlax təmsilçisinin beş oyunçusu sarı vərəqə gördüyü üçün 700 manat ödəyəcək. Əlavə olaraq bölgə klubu matç zamanı meydana kənar şəxslərin daxil olması ucbatından 2 500, azarkeşlərin meydana kənar əşyalar atmasına görə 2 000, fanatların hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsi səbəbindən 5 000 manat ziyana düşüb.

Həmçinin “Karvan-Yevlax” – “Kəpəz” oyunundan sonra doğma meydanda ilk ev oyununu keçirən komandanın 6 nömrəli futbolçusu Vadim Abdullayev mediaya futbolun bütövlüyünə təhlükə yaradan, futbol qurumlarının etibarlılığını şübhə altına qoyan açıqlama verdiyinə görə biroyunluq cəza alıb.

AFFA İntizam Komitəsi

Karvan-Yevlax FK