Bakıda şadlıq evində ŞOK: kişi oynadığı yerdə öldü
Bakıda şadlıq sarayında ölüm hadisəsi olub.
Olkemedia Lent.az-a istinadən xəbər verir ki, məlumatına görə, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Bəyaz” sarayda qeydə alınıb.
Gürcüstan vətəndaşı olan 49 yaşlı Dursun Mamedov toy məclisi zamanı oynadığı yerdə qəfil dünyasını dəyişib. Onun ürəktutmasından öldüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır.