Sahibə Qafarova Numan Kurtulmuşa başsağlığı verib

T1ksTP2se9FXpaRAOzyXgVUZoerRGZPAB6KJIUBV_1200

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyəyə məxsus hərbi yük təyyarəsinin qəzaya uğraması ilə əlaqədar Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşa başsağlığı verib.

Olkemedia xəbər verir ki, Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Milli Məclis sədri bununla bağlı TBMM sədrinə ünvanladığı başsağlığı məktubunda Gəncədən qalxan və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması nəticəsində hərbçilərin həlak olması barədə xəbərdən sarsıldığını bildirib.

Spiker Sahibə Qafarova TBMM-in sədrinə və deputatlarına, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adından və Milli Məclisin deputatları adından dərin hüznlə başsağlığı verib, həlak olanlara Allahdan rəhmət diləyib.

Milli Məclis

Sahibə Qafarova