Şahbaz Şərif Ərdoğana başsağlığı verdi

Z007r3FpSSR7P0lCfciojiuQoO3gw2853uTOKUog_1200

1814A-A+

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus “C-130” hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

Olkemedia xəbər verir ki, o, bu barədə “X” hesabında yazıb.

“Gürcüstanda Türkiyəyə məxsus “C-130″ təyyarəsinin faciəvi qəzası ilə bağlı kədərləndik. Əziz qardaşım Prezident Rəcəb Tayyib Ərdoğana, təyyarədə olanların ailələrinə, türk qardaş və bacılarımıza dərin hüznlə başsağlığı veririk. Bu kədər anında düşüncələrimiz və dualarımız onlarla birlikdədir”, – paylaşımda qeyd olunub.