Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

“Azərbaycan Dəmir Yolları” QSC artan sərnişin tələbatını təmin etmək məqsədilə noyabrın 7-də Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edib.
Olkemedia xəbər verir ki, bu barədə qurum məlumat paylaşıb.
Həmçinin bildirilib ki, bu istiqamətlər üzrə gündəlik Bakı-Qazax-Bakı marşrutu ilə də səfər etmək mümkündür. Biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək olar.

Azərbaycan Dəmir Yolları QSC (ADY)