Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

p8X8zzH26EAqCOgr9ykZXH0M6U7mHOLA0OYZUQ6h_1200

Sumqayıt şəhərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Olkemedia xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Məlumata görə, balans qovşaqlarının mövcud xəttə qoşulması ilə əlaqədar oktyabrın 9-u saat 10:00-dan etibarən Sumqayıt şəhəri, Novxanı şosesi ərazisində yerləşən 800 abonentin qaz təchizatı işlər başa çatanadək dayandırılacaq.

Qurumdan bildirilib ki, görüləcək tədbirlər yekunlaşdıqdan sonra qazın verilişi mərhələli şəkildə bərpa olunacaq.