“Qırmızı Körpü”də gömrükdən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib

EJu1f17DrC5cU6BQsn73DSM1TjjwQjI7NaMg8b4M_1200

Tovuz Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi kompleks tədbirlər nəticəsində gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib.

Bu barədə Olkemedia-ya Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.

Məlumatda bildirilib ki, İdarənin “Qırmızı Körpü” gömrük postunda Türkiyə Respublikasından Türkmənistan Respublikasına yük aparan nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib:

“Yoxlama zamanı nəqliyyat vasitəsinin yük yerində gömrük nəzarətindən gizlədilmiş qutularda müxtəlif adda ümumilikdə 46 624 ədəd dərman vasitəsi və həmin dərman vasitələrinə aid boş qutular aşkar edilib”.

Qaçaqmalçılıq

Dərman vasitələri

Dövlət Gömrük Komitəsi (DGK)