Nazir Ceyhun Kərəmovu işdən ÇIXARDI

1MloajAxnY9UTcIC0UpeTeCC9xp1xvuxkHC071TY_1200

Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov işdən çıxarılıb.

Olkemedia “Qaynarinfo”ya istinadla xəbər verir ki, Ceyhun Kərəmov vəzifəsindən azad olunması üçün ərizə ilə nazir Emin Əmrullayeva müraciət edib.

Nazirin əmri ilə Ceyhun Kərəmov direktor vəzifəsindən azad edilib.

Qeyd edək ki, Ceyhun Kərəmov 2020-ci il sentyabr ayının 15-dən etibarən Peşə Təhsili üzrə Dövlət Agentliyində direktor müavini vəzifəsində çalışıb. 12 yanvar 2022-ci il tarixindən 2 oktyabr 2023-cü il tarixinədək Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor səlahiyyətlərini icra edib.

2 oktyabr 2023-cü ildə isə agentliyin direktoru vəzifəsinə təyin olunub.

İşdən azad olunma

Emin Əmrullayev

Ceyhun Kərəmov

Azərbaycan