Tələbə qızları fahişəliyə cəlb etməkdə təqsirləndirilən tiktoker Mahirəyə HÖKM OXUNDU

QRQmUjCBD1p4Y5ZQF0gkC92zO9oLHf4GOed20I08_1200

Tiktoker Mahirə Marandskayanın fahişəliyə cəlbetmə ittihamı ilə mühakimə edildiyi məhkəmə işi yekunlaşıb.

Olkemedia “Qafqazinfo”ya istinadən xəbər verir ki, onun işinə Abşeron Rayon Məhkəməsində baxılıb.

İş üzrə bir neçə qadın zərərçəkmiş qismində tanınıb. Onların sırasında tələbə qızların da olduğu iddia olunur. İttihama görə, tiktoker həmcinslərini pul qarşılığında müxtəlif şəxslərlə intim münasibətə cəlb edib.

Mahirə istintaq müddətində həbsdə olmayıb. Azyaşlı övladı olması nəzərə alınaraq onun barəsində alternativ qətimkan tədbiri seçilmişdi. Sonda da bu vəziyyət nəzərə alınıb.

Məhkəmənin hökmü ilə M.Marandskaya gəlir əldə etmək məqsədilə fahişəliyə cəlb etməkdə təqsirli bilinərək iki il azadlıqdan məhrum edilib. Amma övladı 14 yaşına çatana qədər cəzanın çəkilməsi təxirə salınıb.

Qeyd edək ki, tiktoker Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi tərəfindən ifşa edilmişdi.

Fahişəliyə cəlb etmə

Tiktoker

Abşeron Rayon Məhkəməsi