“Ağdərə” restoranında saxta alkoqollu içkilər aşkarlandı

xCMY3eVSGXe5pr3qYBblnP6xF2KWYz40CFEy4xbm_1200

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Tərtər rayonu, Şıxarx qəsəbəsində fəaliyyət göstərən, Vəfa Əsəd qızı Nəbiyevaya məxsus “Ağdərə” restoranında yoxlama keçirib.

Bu barədə Olkemedia-ya AQTA-dan məlumat verilib.

Bildirilib ki, baxış zamanı restoranda istehlaka təqdim olunan “Banketnaya” əmtəə nişanlı alkoqollu içkilərin saxta olduğu və mənşəyi məlum olmayan spirtdən hazırlandığı müəyyən edilib.

Məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib, məhsullar satışdan kənarlaşdırılıb, araşdırmalar davam etdirilir.

Tərtər rayonu

Saxta spirtli içki

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA)

Saxta spirtli içki

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA)

Tərtər rayonu