Qubada ayılar kəndə hücum etdi

a14a4dd845cce904dd8b4e5b26600682_ayi

Olkemedia “Report”a istinadən xəbər verir ki, Quba rayonunun Səbətlər kəndində ayılar yerli sakinlərə məxsus heyvanları parçalayıb.

Hadisə nəticəsində kənd sakinləri İsa Hüseynova məxsus camış və Sübhan Əhmədova məxsus inək tələf olub.

Yerli sakinlərin sözlərinə görə, iki heyvanı tələf edən ayıların izləri kəndin daxilində də müşahidə olunur.

Sakinlər təhlükə içərisində olduqlarnı qeyd edirlər.