Sabah iki rayonda 2500-dən çox abonentin qazı kəsiləcək

8xH82SGbXG8clZ8E8kEBb9iYW9jkUEHSNmxNzEIg_600

Sabah İmişli və Saatlı rayonlarının bəzi ərazilərində qaz təchizatı dayandırılacaq.

Olkemedia xəbər verir ki, bu barədə Salyan Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, fasilə diametri 315 mm-lik PE “Qaralar kənd” orta təzyiqli daşıyıcı qaz kəməri və üzərindən ayrılan qollarında kipliyin sınağı məqsədi ilə olacaq.

Bununla əlaqədar sentyabrın 23-də saat 10:00-dan etibarən sınaq işləri başa çatanadək İmişli rayonunun Qaralar, Cavadxanlı, Bəcirəvan, Mirli, Qaravəlli, Ağcüyür kəndləri və Araz küçəsi, eyni zamanda Saatlı rayonunun Məzrəli və Naharlı kəndlərində (2 min 516 abonent) qaz təchizatının dayandırılması planlaşdırılır.

Qaz təchizatında fasilələr

İmişli rayonu

Saatlı rayonu