Avtomobil su kanalına AŞDI: 1 nəfər həyatını itirdi.

image

Ucarda yol-nəqliyyat hadisəsi olub.

Olkemedia APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qazıqumlaq kənd yolunda baş verib.

Belə ki, “Mercedes-Benz” markalı minik maşını su kanalına düşüb. Nəticədə bir nəfər hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.