Zəhərlənərək ölən Türkiyə vətəndaşları Naxçıvan Dövlət Universitetində təhsil alırlarmış

tgwAwpCYFiiBwWKjQb8zqBSqFLJdAUbT6rKMahG9_1200

Naxçıvanda dəm qazından zəhərlənərək ölən Türkiyə vətəndaşı olan iki tələbə Naxçıvan Dövlət Universitetinin (NDU) tələbəsi olub.

Bu barədə NDU məlumat yayıb.

Bildirilib ki, II kurs tələbəsi Büşra Aksu Tibb ixtisası üzrə və I kurs tələbəsi Ahmet Kavak Baytarlıq təbabət ixtisası üzrə təhsil alırlarmış.

Qeyd edək ki, hadisə Nizami küçəsi, 61 ünvanında baş verib.