“Azərşəkər” MMC-nin vəzifəli şəxsinə cinayət işi açıldı.

IUZahygdaMbLPtINNIvKE5jEyv2rUiG95BMYGJvO_1200

“Azərşəkər” MMC-nin İdarə Heyətinin sədri olmuş Anar Mehdiyev cinayət məsuliyyətinə cəlb edilib.

Olkemedia Qafqazinfo.az-a istinadla xəbər verir ki, Mehdiyev xüsusilə külli miqdarda (500 min manatdan çox) mənimsəmədə ittiham olunur.

A.Mehdiyev barəsində məhkəməyə qədər – ilkin istintaq müddətdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Cinayət işinin təfərrüatı barədə əlavə məlumat veriləcək.

Qeyd edək ki, Anar Mehdiyev 2024-cü ilə qədər sözügedən vəzifəni icra edib.