ŞABRANDA HADİSƏ: Mənzilin tavanı çöküb, bir neçə nəfər xəsarət alıb.
Şabranda mənzilin tavanı çöküb.
Olkemedia APA-ya istinadən xəbər verir ki, şəhərin dəmir yolu stansiyası ətrafında olan ikimərtəbəli çoxmənzilli binalardan birində mənzilin tavan hissəsi sakinlərin üzərinə çöküb. Bir neçə nəfərin yüngül xəsarətlər aldığı bildirilir.
Şabran Rayon İcra Hakimiyyətindən bildirilib ki, hadisə istismar dövrünü başa vuran binalardan birində baş verib. Həmin bina İH-nin balansında deyil.
Faktla bağlı araşdırma aparılır.
